Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dos. Şəhriyar Muxtarovun və İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadovun müəllifi olduğu məqalə “Journal of International Studies” jurnalında nəşr edilib. Jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus” məlumat bazasında indekslənir və impakt faktoru 1.10-dur.
“The Impact of Foreign Direct Investment on Exports in Jordan: An EmpiricalAnalysis” adlı məqalədə İordaniya timsalında birbaşa xarici investisiyaların ixrac üzərində təsirləri 1980-2018-ci illərə aid illik statistik məlumatlardan istifadə edilərək “ARDL” metodu vasitəsilə analiz edilib. Tədqiqat nəticələri əsasında, İordaniyada ixracın artırılması və davamlı inkişafın təmin edilməsində xarici invesitisiyaların roluna toxunulub və bu istiqamətdə bir sıra təkliflər irəli sürülüb.
İctimaiyyətlə əlaqələr şöbəsi