BMU müəllimlərinin məqalələri Web of Science bazasına daxil olan jurnallarda

15 Oktyabr 2019
BMU müəllimlərinin məqalələri Web of Science bazasına daxil olan jurnallarda

      Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müəllimlərinin Web of Science bazasına daxil olan jurnallarda məqalələri çap olunub.

    Kafedranın müdiri, dos. Rakib Əfəndiyevin “Inverse spectral problem for hill operator on lasso graph”, kafedranın müəllimi Süheyla Bəhlulzadənin “Spectral analysis of Sturm - Liouville equation with almost periodic potentials and discontinuous right hand” mövzusunda məruzələri Bakıda  keçirilən “COİA-2018 ” beynəlxalq konfransın jurnalında dərc olunub.

    Riyaziyyat kafedrasının digər müəllimi Çinarə Hacıyevanın isə r.e.d., dos. Rəşid Əliyev ilə birlikdə yazdığı  “On the approximation of the Hilbert transform” məqaləsi Rusiyanın məşhur “Trudy instituta matematiki i mekhaniki URO RAN” jurnalında çap olunub.

    Bununla yanaşı, Riyaziyyat və informatika kafedrasının müəllimi Kəmalə İsmayılovanın prof. Misir Mərdanov, prof Yaqub Şərifov və dos. Sevinc Zamanova ilə yazdığı “Existence and uniqueness of solutions for the system of first order non-linear differential equations with three points and integral boundary conditions” adlı məqaləsi Avropanın nüfuzlu “European Journal of Pure and Applied mathematics” jurnalında işıq üzü görüb.

    Qeyd edək ki, adıçəkilən bütün məqalələr Web of Science tərəfindən indekslənib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər