BMU müəlliminin Türkiyədə yeni kitabı nəşr edilib

17 Oktyabr 2024
BMU müəlliminin Türkiyədə yeni kitabı nəşr edilib

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müəllimi dosent Manaf Bağırzadənin Türkiyədə “Yeni ictimai transformasiyada netokratik informasiya politikası” adlı kitabı nəşr olunub. 

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə baş verən ictimai transformasiyanın əsas meyllərini günümüzün reallıqlarına uyğun izah edən nəzəriyyələrdən biri netokratiyadır və bu fenomen ilə reallaşan postindustrial transformasiyada informasiya politikasının yeni tendensiyaları, o cümlədən dinamikası dəyərləndirilir. Tədqiqatda informasiya siyasəti politika, idarəetmə və iqtisadiyyat paradiqmaları səviyyəsində araşdırılıb. Kitabda netokratiya və informasiya siyasəti təhlil olunub, onların qarşılıqlı elementləri, ümumi metodoloji xüsusiyyətləri və nəzəri əsaslarının tətbiqi imkanları öyrənilib.

Kitabı aşağıdakı linklərdən əldə edə bilərsiniz:

https://www.nobelyayin.com/yeni-toplumsal-donusumde-netokratik-bilgi-politikasi-gerceklesmis-gelecek-21430.html

https://www.amazon.com.tr/Toplumsal-Dönüşümde-Netokratik-Bilgi-Politikası/dp/6253938770

https://www.pandora.com.tr/kitap/yeni-toplumsal-donusumde-netokratik-bilgi-politikasi-gerceklesmis-gelecek/906679

https://www.nadirkitap.com/yeni-toplumsal-donusumde-netokratik-bilgi-politikasi-gerceklesmis-gelecek-manaf-bagirzade-kitap39057805.html

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər