Beynəlxalq Muğam Mərkəzində Bakı Mühəndislik Universitetinin (BMU) Dizayn kafedrasının müəllimi, gənc rəssam, dizayner Aygün İlyasovanın “Oyanış” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.
Rəssamın 30 illik yubileyinə həsr edilən sərgidə realistik və abstrakt üslubda əsərlər nümayiş olunub. Tədbirdə BMU kollektivi, ölkəmizin tanınmış ictimai xadimləri, görkəmli rəssamlar, incəsənət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı sərginin əhəmiyyəti vurğulanıb, A.İlyasovanın əl işlərinin Azərbaycan rəssamlıq sənətinə böyük töhfə olduğu bildirilib. Eyni zamanda gənc rəssamın böyük yaradıcılıq potensialına malik olduğu önə çəkilib və ona yeni-yeni uğurlar arzulanıb.
Sonra sərgiyə baxış keçirilib. Qeyd olunub ki, sərgini əks etdirən əsas rəmz “Simurq” quşudur. “Simurq” oyanmağın, yanıb yenidən doğulmağın, habelə həyata daha mükəmməl formada davam etməyin simvoludur.
Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi