BMU məzunu Luiziyana Dövlət Universitetində

02 Oktyabr 2019
BMU məzunu Luiziyana Dövlət Universitetində

      2018/2019-cu tədris ilində Bakı Mühəndislik Universitetindən (BMU) məzun olanların 40 nəfəri nüfuzlu xarici universitetlərdə magistr təhsili almaq hüquqi qazanıb. Belə ki, BMU məzunlarının elmi potensialının yüksək olması ABŞ və Avropanın tanınmış universitetlərində doktorantura təhsili almağa, hətta elmi işçi kimi işləmələrinə imkan verir.

     Bunlardan biri - universitetin məzunu, “Dünya iqtisadiyyatı” ixtisasını 95.21 orta müvəffəqiyyət göstəricisi ilə bitirən Murad Zeynallıdır. M.Zeynallı ABŞ-ın Luiziyana Dövlət Universitetinin (Louisiana State University) iqtisadiyyat üzrə 5 illik Ph.D (magistratura+doktorantura) proqramına tam təqaüdlə qəbul olub. BMU-nun yetirməsi, eyni zamanda universitetdə professorun assistenti kimi əmək fəaliyyətinə başlayıb.

     Qeyd edək ki, M.Zeynallı BMU-nun digər məzunu Afat Əliyevdən sonra “Dünya iqtisadiyyatı” kafedrasının ikinci tələbəsidir ki, ABŞ universitetlərinin Ph.D proqramına tam təqaüdlə və professor assistenti olaraq qəbul olunub.

 

 

         BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər