BMU məzunu elmi fəaliyyətini Kentukki Universitetində davam etdirəcək

19 İyul 2022
BMU məzunu elmi fəaliyyətini Kentukki Universitetində davam etdirəcək

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu - İsfəndiyar Eminli nüfuzlu ali təhsil ocağından tam təqaüdlü qəbul təkilifi alıb.

Belə ki, İ.Eminli ABŞ-ın Kentukki Universitetinə (University of Kentucky) doktorantura təhsili üçün tam təqaüdlü (illik 62 min ABŞ dolları) qəbul təklifini müsbət qiymətləndirib. Kentukki Universitetində təhsilini davam etdirəcək BMU məzunu, eyni zamanda universitetdə ilk tədris ilində müəllim köməkçisi, sonrakı illərdə isə elmi işçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, İ.Eminli BMU-nun Kimya mühəndisliyi kafedrasının Əsas üzvi sintezin kimyası və texnologiyası magistratura ixtisasını 2022-ci ildə başa vurub.  

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər