BMU-İNHA İDP tələbəsi onlar üçün yaradılan imkanları yüksək qiymətləndirib

22 İyul 2025

“Cənubi Koreyadan gələn peşəkar müəllimlər tərəfindən tədris olunan “Yay məktəbi” bizə ixtisasımız barədə əlavə məlumatlar qazanmaq və mütəxəssis kimi yetişməkdə kömək olur”.

Bunu Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Emil Əkbərli bildirib.

O, 3+1 modelinə əsaslanan proqramın digər üstünlüklərinə də toxunub. Qeyd edib ki, tam dövlət təqaüdlü proqram əsasında gələn tədris ilində sonuncu kursu Koreyada davam etdirəcək: “Peşəkar müəllimlər tərəfindən təhsil almaq şansını əldə edəcəyik. Bu, mənim və yoldaşlarım üçün əvəzolunmaz bir fürsətdir”.

Qeyd edək ki, ikili diplom proqramının tələbələri üçün BMU-da növbəti “Yay məktəbi” təşkil olunub. “Yay məktəbi”nə İNHA Universitetinin 15 nəfər professor-müəllim heyəti cəlb edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər