BMU-İNHA İDP tələbələri “Koreya kalliqrafiyası” tədbirində fərqləniblər

01 Oktyabr 2024
BMU-İNHA İDP tələbələri “Koreya kalliqrafiyası” tədbirində fərqləniblər

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 30 nəfərdən ibarət II və  III kurs tələbələri Xırdalan Seconq İnstitutunda “Koreya kalliqrafiyası” adlı tədbirdə iştirak ediblər.

Seconq Mədəniyyət Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirin  ümumilikdə 60 nəfər iştirakçısı fırça ilə Hvasonçi (Koreya kağızı) üzərində xəttatlıq işini, daha sonra çərçivə, yelpək kimi əşyalar üzərində Koreya əlifbası Hanqılın gözəlliyini təcrübədən keçiriblər. Müxtəlif kəlmələrin Koreya əlifbası ilə yazılışı iştirakçılarda böyük zövq yaradıb.

İDP-nin “Elektrik mühəndisliyi” ixtisasının III kurs tələbəsi Nəsib Əhmədovun hazırladığı "Qarabağ  Azərbaycandır!" yazısı tədbirdə xüsusilə fərqlənib.

Hanqıl koreyalıların istifadə etdiyi bir əlifbadır. Bu əlifba XV əsrdə Coson dövlətinin dörd kralından biri olan Kral Seconq və  onun tədris qurumu tərəfindən yaradılıb.

Qeyd edək ki, Xırdalan Seconq İnstitutu BMU və İNHA Universitetinin birgə əməkdaşlığı ilə 2021-ci ildən rəsmi olaraq fəaliyyət göstərir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər