BMU-İNHA İDP tələbələri “Azərenerji” ASC-nin institutunda olublar

04 Dekabr 2024
BMU-İNHA İDP tələbələri “Azərenerji” ASC-nin institutunda olublar

Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda sahə gəzintisində olublar.

BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının dosenti Elçin Qurbanov və əməkdaşı Cavid Ədilovun rəhbərliyi ilə təşkil edilən ekskursiya zamanı tələbələrə “Elektrik enerjisinin istehsalı”, həmçinin “Elektrik maşınlar və layihələndirmə” fənlərinə dair müasir avadanlıq, eləcə də texnoloji proseslərlə əyani  tanışlıq imkanı yaradılıb.  

Sahə gəzintisindən sonra institutun əməkdaşları ilə tələbələrin görüşü keçirilib, onlara bərpa olunan enerji mənbələri, alınan elektrik enerjisinin istehsalı haqqında ətraflı məlumat verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər