BMU-İNHA İDP tələbələri arasında bilik yarışı təşkil olunub

13 Dekabr 2024
BMU-İNHA İDP tələbələri arasında bilik yarışı təşkil olunub

Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) II və III kurs tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş  “Brain ring” bilik yarışının yekun mərhələsi  baş tutub. 

BMU-İNHA İDP-nin təşkilatçılığı, Xarici dillər kafedrası və Koreyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən yarışda çıxış edən proqramın direktoru Humay Cəfərli və İDP-nin idarə olunması üzrə bölmə rəhbəri Hyunjin Yang bilik marafonunun gənclərin intellektual səviyyəsi, dünyagörüşü, analitik qabiliyyətinin inkişafında əhəmiyyətli rolunu vurğulayıblar. Bildirilib ki, proqram üzrə təhsil alan tələbələr arasında ildə iki dəfə təşkil edilən tədbirin budəfəki formatında əsas yenilik yarışın Koreya dilində keçirilməsidir. Tələbələri yarışa hazırlayan kafedranın Koreya dili müəllimlərinə buna görə təşəkkür edilib,  daha sonra yarışa start verilib.

Öncə III kurs tələbələrindən ibarət hər birində 5 nəfər olmaqla, 8 komanda yarışıb. Ardınca II kurs tələbələrindən ibarət 11 komanda eyni şəkildə müxtəlif sahələr üzrə təqdim edilən 15 sualı cavablandırıb. İkinci mərhələyə hər kurs üzrə 5 komanda keçib.

Yarışın yekununda ən yaxşı nəticə göstərən komandaların  (“Koreaful Thinkers”, “Sonqong”, “Shindorim”, “Chill”) üzvlərinə sertifikatlar və hədiyyələr təqdim edilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər