Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “ATS Food” MMC-də olublar.
Cari ilin iyul ayının əvvəlində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən görüşdə tərəflər gələcək birgə fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparıblar. Görüş zamanı yeni tədris ilindən etibarən müəyyən edilmiş ixtisaslar üzrə tələbələr üçün müxtəlif istiqamətlərdə təlimlər, master-klasslar, praktiki dərslər və müəssisəyə infoturların təşkili nəzərdə tutulub.
Görüşdə, həmçinin ölkənin ən böyük qida sənayesi müəssisələrindən biri kimi tanınan MMC ilə əməkdaşlığın detalları və birgə fəaliyyət planı ətraflı nəzərdən keçirilib. Tərəflər arasında qurulan qarşılıqlı faydalı əməkdaşlığın əsas məqsədi tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, real iş mühitinə inteqrasiyasına dəstək verməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi