Bakı Mühəndislik Universiteti (BMU) “İlin ekosistem oyunçusu” nominasiyası üzrə iştirak etdiyi “IDDA Awards” müsabiqəsinin III mərhələsi - ictimai səsvermədən uğurla keçərək finala vəsiqə qazanıb. Finalçılar növbəti mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və müvafiq olaraq, I, II, III yerlər 2 dekabr tarixində müəyyən ediləcək. Mükafatlandrma mərasimi və qaliblərin elanı isə 13 dekabr 2022-ci ildə "İllik İnnovasiya Sammiti"ndə baş tutacaq.
Müsabiqə milli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial oyunçuları təşviq etmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən reallaşdırılır. “IDDA Awards” müxtəlif nominasiyalar üzrə Azərbaycanın innovasiya ekosisteminin ən fəal iştirakçılarının təntənəli mükafatlandırma mərasimidir.
Mükafatların məqsədi ictimaiyyətin diqqətini Azərbaycanın texnoloji və innovasiya ekosisteminin uğurlu layihələri, ən fəal insanları və nailiyyətlərinə cəlb etmək və maraqlı tərəfləri yeni nailiyyətlərə həvəsləndirməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi