Bakı Mühəndislik Universiteti (BMU) “IDDA Awards” müsabiqəsində “İlin ekosistem oyunçusu” nominasiyası üzrə iştirak edir. Hazırda müsabiqənin III mərhələsinə - ictimai səsverməyə start verilib. 25 noyabr 2022-ci ilə qədər davam edəcək səsvermədə (https://awards.idda.az/az/participants/91) hər kəsi BMU-nu dəstəkləməyə dəvət edirik.
İctimai səsvermənin seçim nəticələri 25 noyabr - 1 dekabr tarixlərində müəyyən ediləcək. Mükafatlandrma mərasimi və qaliblərin elanı isə 13 dekabr 2022-ci ildə baş tutacaq.
Qeyd edək ki, sözügedən müsabiqə milli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial oyunçuları təşviq etmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən reallaşdırılır. “IDDA Awards” müxtəlif nominasiyalar üzrə Azərbaycanın innovasiya ekosisteminin ən fəal iştirakçılarının təntənəli mükafatlandırma mərasimidir.
Mükafatların məqsədi ictimaiyyətin diqqətini Azərbaycanın texnoloji və innovasiya ekosisteminin uğurlu layihələri, ən fəal insanları və nailiyyətlərinə cəlb etmək və maraqlı tərəfləri yeni nailiyyətlərə həvəsləndirməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi