Bakı Mühəndislik Universitetinin (BMU) Kimya-biologiya kafedrasının baş müəllimi Elşad Yunusov və Fizika kafedrasının baş müəllimi Həzi Qasımova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilib.
E.Yunusov “Mikologiya” ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Duzlaşmaya məruz qalmış torpaqlarda yayılan mikromisetlərin növ tərkibi və ekobiologiyası”, H.Qasımov isə “Planetologiya” ixtisasında Astronomiya elm sahəsi üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün “Periodik kometlərin kinematik və statistik xüsusiyyətləri” mövzusunda dissertasiya işlərinin müdafiəsini uğurla başa çatdırıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi