BMU əməkdaşları və tələbələr üçün ödənişsiz göz müayinəsi təşkil olunub

13 Aprel 2023
BMU əməkdaşları və tələbələr üçün ödənişsiz göz müayinəsi təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) universitetin əməkdaşları, müəllim-tələbə heyəti üçün “Batıgöz Azərbaycan” klinikası tərəfindən ödənişsiz göz müayinəsi həyata keçirilib.

Klinikanın həkim-oftalmoloqları sosial aksiyada iştirak edənləri göz sağlamlığı sahəsində qabaqcıl texnologiyalarla müayinə ediblər. Onlara zəruri tövsiyələr verilməklə yanaşı, ehtiyac yarandığı halda müalicə tədbirləri müəyyənləşdirilib.

Tədris prosesindən ayrılmadan mobil klinikada yüksək səviyyədə tibbi müayinə imkanları əldə edən müəllim-tələbə heyəti sözügedən aksiyanın təşkilindən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, 3 gün davam edən (10-12 aprel) göz sağlamlığı üzrə aparılan müayinələrdə ümumilikdə 600-dən çox şəxs iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər