Bakı Mühəndsilik Universitetinin (BMU) Mühədislik fakültəsinin əməkdaşlarının məktəblilərlə görüşü davam edir. Növbəti belə görüş Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdləri ilə keçirilib.
Görüşdə iştirak edən Mühədislik fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Osman Mirzəyev, Mexanika mühəndisliyi kafedrasının müdiri, dosent Asif Quliyev, Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri Bəxtiyar Namazov və tyutor Fuad Həsənov BMU ilə bağlı şagirdlərə ətraflı, dolğun məlumat veriblər.
Unversitetin tədris mühiti, o cümlədən kafedralar və laboratoriyaların fəaliyyəti, tələbələrin bacarıq və istedadlarının inkişaf etdirilməsi üçün yaradılmış hərtərəfli şərait və s. təqdimat şəkilində şagirdlərə göstərilib. Çıxışlarda BMU məzunlarının ən nüfuzlu şirkət və müəssisələrdə işlə təminatı, qabaqcıl ali təhsil müəssisələrində təhsillərinə davam etməsi kimi amillər vurğulanıb, eyni zamanda abituriyentlərin ixtisas seçimi zamanı BMU-ya üstünlük vermələrinin səbəbləri əsaslandırılıb.
Görüş şagirdlərin unverisitetlə bağlı suallarının çavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi