Bakı Mühəndislik Universitetinin (BMU) Elm və innovasiya şöbəsinin müdiri dosent Mayis Əzizov və İqtisadiyyat kafedrasının müdiri dosent Həzi Eynalov Səudiyyə Ərəbistanında Beynəlxalq enerji konfransında iştirak ediblər.
KAPSARC elmi tədqiqat mərkəzi tərəfindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan konfransa dünyanın bir sıra tədqiqat mərkəzləri və universitetlərinin nümayəndələri qatılıblar.
BMU əməkdaşları konfransın sessiyalarında enerji mövzusunda, həmçinin COP29-a yüksək səviyyədə ev sahibliyi etmiş ölkəmizdə və universitet çərçivəsində qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərin aradan qaldırılması, bərpa olunan enerji mənbələrindən istifadə, kampusda yaşıl sahələrin genişlənməsi, eləcə də qorunması istiqamətində görülən işlərlə bağlı çıxış edib və müzakirə olunan məsələlərə münasibət bildiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi