BMU əməkdaşları Erasmus+ proqramı çərçivəsində “Beynəlxalq həftə”də iştirak ediblər

29 Noyabr 2022
BMU əməkdaşları Erasmus+ proqramı çərçivəsində “Beynəlxalq həftə”də iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru Həmzağa Orucov, Elmi işlər üzrə prorektoru Elçin Süleymanov və Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları Erasmus+ proqramı çərçivəsində keçirilən “Beynəlxalq həftə”də iştirak ediblər.

 “Ali təhsildə keyfiyyət təminatı” başlığı altında təşkil olunan tədbirin əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrinin, o cümlədən İngiltərə, İsveç, İspaniya, İtaliya, Türkiyə və Polşa universitetlərində keyfiyyət təminatında mövcud təcrübələrin Azərbaycanın ali təhsil müəssisələrinə qazandırılması olub.

Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirə Avropanın 6 qabaqcıl ölkəsindən 7 universitetin mütəxəssisləri, Azərbaycandan isə 33 ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndə heyəti qatılıb. Toplantıda “Keyfiyyət təminatının ali təhsildə rolu”, “Keyfiyyətin təmin olunmasında özünüqiymətləndirmə fəaliyyətinin mahiyyəti və faydaları”, “Universitetlərdə pofessor-müəllim heyətinin qiymətləndirilməsi”, “Dekanların keyfiyyət təminatında rolu” kimi bir sıra mövzularda təqdimatlar keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər