BMU əməkdaşının COP29 pavilyonunda ekoloji startapının təqdimatı olub

18 Noyabr 2024
BMU əməkdaşının COP29 pavilyonunda ekoloji startapının təqdimatı olub

Bakı Mühəndislik Universiteti (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Fatma Maarifli Azərbaycanın evsahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Davamlı Gələcək Platforması” pavilyonunda  təsisçisi olduğu startapının təqdimatını edib.

BMU əməkdaşının “Fosin” adlı startapı karbon qazını oksigenə çevirmə xüsusiyyətinə malikdir və iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı mübarizədə əhəmiyyətli rol oynaması ilə seçilir.

Ətraf mühitin qorunması, davamlı gələcək mövzusuna töhfə olan bu startap pavilyonu ziyarət edənlər tərəfindən maraqla qarşılanıb.    

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər