BMU əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib

11 İyun 2025
BMU əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib

Bakı Mühəndislik Universitetinin (BMU)  Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanovaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Sevil İmanova “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” (idarəetmə və qərar qəbuletmə üzrə) ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi  “Hava yolu şirkətlərində xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün persepsiya informasiyasına əsaslanan sistemin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsini uğurla başa çatdırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər