Bakı Mühəndislik Universitetinin (BMU) Elm və innovasiya şöbəsinin mütəxəssisi Dürnisə Səfərovaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilib.
BMU əməkdaşı "Folklorşünaslıq" ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Azərbaycan nağıllarında süjet içində süjet (kontaminasiya) problemi" mövzusunda dissertasiya işinin müdafiəsini uğurla başa çatdırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi