Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının müəllimi Gülarə Quliyevaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Dil nəzəriyyəsi ixtisasında Filologiya elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Bu münasibətlə əməkdaşımızı ürəkdən təbrik edir, ona elmi yaradıcılığında yeni-yeni nailiyyətlər diləyirik.
Qeyd edək ki, ali təhsilini fərqlənmə diplomu ilə başa vuran G. Quliyeva Ümummilli Lider Heyder Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” yazı müsabiqəsinin qalibi olub. Ötən il AMEA-da filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. Onun müxtəlif illərdə müəllifi olduğu məqalələr xarici və yerli jurnallarda işıq üzü görüb.
İctimaiyyətlə əlaqələr şöbəsi