BMU əməkdaşı Prezident tərəfindən Təşəkkürnamə ilə təltif olunub

23 Dekabr 2024
BMU əməkdaşı Prezident  tərəfindən Təşəkkürnamə ilə təltif olunub

Bakı Mühəndislik Universiteti (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnamə BMU əməkdaşına 2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər