BMU əməkdaşı “Bir Müəllimin Manifesti” proqramını başa vurub

10 Oktyabr 2024
BMU əməkdaşı “Bir Müəllimin Manifesti” proqramını başa vurub

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının əməkdaşı Nərmin İsmayılova ADA Universiteti, ADA Qazax Mərkəzi və Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi "Bir Müəllimin Manifesti" ixtisasartırma proqramını uğurla başa vurub.

O, proqramın Azərbaycan mərhələsini müvəffəqiyyətlə bitirdikdən sonra ABŞ-nin təhsil müəssisələrinə təcrübə səfərləri edib, eləcə də Corc Vaşinqton Universiteti müəllimlərindən dərslər alıb.

ABŞ təhsil sistemini yaxından tanıyan və müasir təlim yanaşmalarını birbaşa tətbiq edən təhsil müəssisələrinin iş təcrübəsi ilə tanış olmaq şansı qazanan N.İsmayılova proqramın sonunda qrup lideri olaraq "Kapston" layihəsini təqdim edib.

BMU əməkdaşının yüksək kreativliyi ilə fərqlənən layihəsi "Ən Kreativ" nominasiya üzrə qalib seçilib və  o, kursu uğurla başa vuraraq "Bir Müəllimin Manifesti" proqramından məzun olub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər