BMU Elmi Şurasının iclası keçirilib

24 Dekabr 2024
BMU Elmi Şurasının iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın bu il üçün sonuncu iclası keçirilib.

İclasa sədrlik edən BMU-nun rektoru Yaqub Piriyev əvvəlcə başa çatmaqda olan 2024-cü ilin dövlətimiz və xalqımız üçün uğurla yekunlaşdığını vurğulayıb, Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün atdığı tarixi addımları, verdiyi qətiyyətli qərarları yüksək qiymətləndirib. Azərbaycanın milli maraqları və dövlət mənafeyinin qorunması üçün hər zaman əzmlə çalışan dövlətimizin başçısını doğum günü münasibətilə kollektiv adından səmimi qəlbdən təbrik edən Yaqub Piriyev davamlı müvəffəqiyyətlər, gələcək qələbələr naminə Prezident İlham Əliyevə möhkəm cansağlığı arzulayıb.     

Bu ilin, həmçinin BMU üçün uğurlu olduğunu deyən rektor universitet tələbələrinin müxtəlif yarışlardakı qələbəsinə, bir sıra əməkdaşların nailiyyətləri və səmərəli fəaliyyətlərinə görə təltif edilmələrinə toxunub, onlara bir daha təbriklərini çatdırıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq 2024-2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

İclasda şura üzvlərinin rəy və təklifləri dinlənilib, müvafiq qərarlar qəbul olunub, habelə fakültə dekanları və kafedra müdirlərinə bir sıra tapşırıqlar verilib.

Bundan başqa, Yaqub Piriyev ali məktəbin son illərdəki elmi-tədqiqat nəticələrinə də ayrıca toxunub və tədqiqatların daha da yaxşılaşdırılması üçün  tövsiyələrini irəli sürüb.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər