Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr üçün “Yoqa və uğura gedən yol” adlı təlim təşkil olunub.
Açıq havada gerçəkləşdirilən təlimdə fərdi inkişaf üzrə məşqçi və yoqa terapevti Ruhiyyə Əşrəfli tələbələrə yoqa fəlsəfəsi, yoqa təliminin əsas mərhələləri, sağlam həyat tərzində yoqanın rolu və faydalarından bəhs edib.
Yoqanın motivasiyaedici təsirindən də danışan təlimçi bildirib ki, bu proses stress və emosional narahatlıqların qarşısını almaqla yanaşı, zehni düşüncələrin səlisliyinə, enerjinin gücləndirilməsinə, diqqətin cəmləşdirilməsinə və artırılmasına yardımçı olur.
Sonra təlim iştirakçıları bir neçə meditasiya texnikası üzrə məşq ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi