BMU-da yeni istifadəçilər üçün kitabxana sistemi ilə bağlı təlim

23 Oktyabr 2025
BMU-da yeni istifadəçilər üçün kitabxana sistemi ilə bağlı təlim

Bakı Mühəndislik Universitetində (BMU) Kitabxana və informasiya mərkəzinin fəaliyyəti, həmçinin elektron informasiya resurslarından istifadə qaydaları ilə bağlı yeni istifadəçilər üçün maarifləndirici təlim təşkil olunub.

Təlim BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü istiqamətə (Keyfiyyətli təhsil) uyğun olaraq tələbələrin bilik və informasiya resurslarına bərabər və əlçatan çıxış imkanlarının yaradılması, onların informasiya savadlılığının artırılması, akademik mühitə səmərəli adaptasiyasının dəstəklənməsi məqsədi daşıyıb. Təlim, habelə semestrdaxili imtahanların başlanması ərəfəsində tələbələrin kitabxanadan daha səmərəli istifadəsinə dəstək olmağa xidmət edib.    

Tədbirdə Kitabxana və informasiya mərkəzinin əməkdaşı Vüsalə Məmmədova çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri, daxili istifadə qaydaları, elektron kataloq sistemi, distant giriş imkanı, beynəlxalq elmi bazalarla bağlantı, həmçinin tələbələr üçün mövcud olan oxu zalları və rezervasiya xidməti barədə ətraflı məlumat verib. O, eyni zamanda tələbələrin imtahan sessiyası dövründə resurslara daha çevik çıxış imkanları, onlayn sifariş və elektron arxiv sistemindən istifadə qaydaları ilə bağlı praktik təqdimat aparıb.

Təlim interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb.      

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər