Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
Mayın 31-də başlayan və iyulun 4-dək davam edən sessiya ərzində ümumilikdə 1097 imtahan keçirilib.
Sessiya müddətində imtahanların normativ sənədlər əsasında təşkili məqsədilə müvafiq inzibati və texniki fəaliyyət yüksək səviyyədə icra olunub. Eyni zamanda şəffaflığın təmin edilməsi üçün bütün zəruri tədbirlər gerçəkləşdirilib, Qərargah tərəfindən sessiyanın gedişinə operativ nəzarət olunub.
Apelyasiya Komissiyasına nəticələrdən narazı qalan tələbələrin maneəsiz müraciət etmələri üçün bütün imkanlar yaradılıb. Komissiyaya daxil olan müraciətlər dərhal araşdırılıb və müvafiq qərarlar verilib.
Bütövlükdə yüksək fəallıq şəraitində keçən imtahanlar uğurla yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi