Bakı Mühəndislik Universitetində (BMU) Kimya - Biologiya kafedrası tələbələrinin təşkilatçılığı ilə 2 Aprel - Ümumdünya Autizm Gününə həsr olunan “Autizm- fərqlilikdir” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanda autizmli insanların problemləri ilə məşğul olan təşkilatlar tərəfindən autizmin əlamətləri, yaranma səbəbləri, autizmin inkişafında ekoloji və genetik faktorların rolu barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, fərqli spektral qavrayışa malik autizmli uşaqların cəmiyyətə inteqrasiyası, onların tədrisinin təşkili müasir pedaqogikanın qarşısında duran aktual problemlərdən biridir.
Sonda autizmli insanın sindrom haqqındakı çıxışı tədbir iştirakçılarına təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi