Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş spartakiadanın açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə, elmi işlər üzrə prorektoru Elçin Süleymanov ulu öndər Heydər Əliyevin idmanın inkişafında, eyni zamanda, gənc nəslin sağlam, vətənpərvər ruhda böyüməsində müstəsna xidmətlərini vurğulayıblar. Çıxışlarda ölkədə uğurlu idman siyasətinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğu, bədən tərbiyəsi və idmanın inkişafı və təbliği sahəsində əsaslı dönüş yaradılaraq, köklü islahatlara başlanıldığı diqqətə çatdırılıb.
Spartakiadanın təşkili haqda məlumat verən BMU Həmkarlar İttifaqı Komitəsinin sədri Həzi Qasımov qeyd edib ki, yarışların məqsədi ali təhsil müəssisəsinin əməkdaşları arasında sağlam həyat tərzinin təbliği və təşviqi, onların sağlamlığının möhkəmləndirilməsi, idman məşğələlərinə cəlb edilməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.
Müxtəlif idman növləri üzrə (şahmat, masaüstü tenis, voleybol, futbol) təşkil olunan spartakiadaya universitetin ümumilikdə 150-dən çox əməkdaşı qatılıb.
10 gün davam edəcək müxtəlif idman növləri üzrə yarışmanın qaliblərinə sertifikat və hədiyyələr təqdim olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi