Bakı Mühəndislik Universitetində (BMU) “İnstitusional akkreditasiya” mövzusunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) növbəti təlimi keçirilib.
Universitetin akkreditasiyadan keçirilməsinin III modulu üzrə təşkil olunan təlimdə Agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov çıxış edərək akkreditasiyanın yeni meyarları, əsasları və tətbiqi ilə bağlı məsələlərə toxunub.
Şöbə müdiri, həmçinin “Təlim və tədris” istiqaməti üzrə əsas indikatorlar, o cümlədən məsləhət xidmətinin təşkili vəziyyəti, müəllimin rəhbərliyi altında tələbələrin sərbəst işinin hazırlanmasının təşkili vəziyyəti, tədris prosesi ilə bağlı tətbiq edilən normaların səmərəliliyinin izlənilməsi və təkmilləşdiirlməsi, təcrübə işinin təşkili və s. haqda ətraflı məlumatları nəzərə çatdırıb.
BMU-nun struktur rəhbərlərinin iştirak etdiyi təlim mövzu üzrə sual-cavab formatında davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi