Koronavirus xəstəliyi ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə Bakı Mühəndislik Universiteti (BMU) təlim-tədris prosesini məsafədən davam etdirəcək. Bunun üçün universitetdə bütün texniki imkanlar mövcuddur. Bu proses tədris platforması olan Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə həyata keçiriləcək.
BMU artıq üç ildir ki, Google şirkətinə aid olan G-Suite bulud texnologiyasının üzvüdür, bu texnologiyaya aid olan bəzi modullardan, o cümlədən əməkdaşlar və tələbələr üçün korporativ e-mail, təqvim, google drive, elektron cədvəllərdən aktiv istifadə edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi