Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub.
Xeyriyyə məqsədi daşıyan sərgi çeşid bolluğu və rəngarəngliyi ilə seçilib. Belə ki, sərgidə müxtəlif çeşidli əl işləri, o cümlədən keramika və şüşə üzərində rəngkarlıq, toxuma və tikmə, bədii oyma, rəssamlıq, şam məmulatları və s. yaradıcılıq nümunələri yer alıb.
Sərgidə iştirak edə bilməyən tələbələrin dərsdən sonrakı fərdi fəaliyyətlərinin əməyi olan əl işləri isə onların valideynləri tərəfindən nümayiş etdirilib.
Ziyarətçilərin yüksək maraqla qarşıladığı sərgidə toplanan vəsaitin qan xərçəngindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu qəbildən silsilə tədbirlərin təşkilinin davam etdirilməsi planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi