BMU-da tələbələr üçün startapla bağlı kurs təşkil olunub

17 Oktyabr 2024
BMU-da tələbələr üçün startapla bağlı kurs təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı çərçivəsində təşkil olunan “IT Project Management, startup skills” kursu başa çatıb.

Bu münasibətlə keçirilən tədbirdə kursu uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunub.

Tədbirdə bildirilib ki, kurs müddətində tələbələr müvafiq sahədə bilik və bacarıqlarını artırmaqla yanaşı, startap yönümlü düşüncə tərzlərini də inkişaf etdiriblər. Tələbələrin nailiyyətləri nəticəsində perspektivli ideyaların formalaşması və gələcək startap layihələrinin əsasının qoyulması üçün möhkəm zəmin yaradılıb.

O da qeyd olunub ki, BMU Texnoparkı tələbələrə gələcək layihələrində dəstək verməyə davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər