Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə tələbələr üçün “Düzgün CV necə hazırlanır?” mövzusunda təlim keçirilib.
Tədbirdə təlimçi, “HRcell” şirkətinin rəhbəri Ağahüseyn Əliyev öncə təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, həmçinin insan resursları sahəsində şəxsi təcrübəsi haqda ətraflı məlumat verib.
Sonra A.Əliyev təqdimatında təklif olunan vakansiya üzrə mütəxəssis kimi diqqət çəkmək üçün CV-də zəruri informasiyaların doldurulması qaydalarını geniş şəkildə izah edib. O, eyni zamanda beynəlxalq təcrübədə CV-lərin təqdim olunması zamanı diskriminasiya halları yaradan əsas məqamları nəzərə çatdırıb.
Şəxsi məlumatların toplanılması zamanı yol verilən yanlışlıqlardan da danışan A.Əliyev qeyd edib ki, CV-də yer alan informasiyaların qısa, konkret olmasına, eləcə də dəqiqliyinə, xronoloji ardıcıllığına xüsusi fikir yetirilməlidir.
Təlimdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi