Bakı Mühəndislik Universitetində (BMU) Texnoparkın və İnformasiya və kompüter texnologiyaları fakültəsinin birgə təşkilatçılığı ilə “Open Data: İnnovasiya və rəqəmsallaşmanın təkanverici gücü” adlı seminar və məlumat sessiyası keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Open Data” layihəsi çərçivəsində ingilis dilində baş tutan tədbirdə tələbələrə “Open Data” anlayışı, onun tətbiqi, innovasiya və rəqəmsal inkişaf üçün əhəmiyyəti barədə məlumatlar verilib.
Tədbirin əsas spikeri Mixail Parfentev “Open Data”nın təbliği və istifadəsi üzrə beynəlxalq ekspert kimi 11 ildən çox İT məhsullarının idarə olunması və dövlət-özəl sektor əməkdaşlığı istiqamətində uğurlu təcrübələrini paylaşıb. O, Dünya Bankı, Open Data İnstitutu (Böyük Britaniya), Gartner kimi təşkilatlarla yanaşı, “Open Data” üzrə dünya səviyyəsində aparıcı mütəxəssislər - Joel Gurin (Open Data Now) və Andrev Stott ilə sıx əməkdaşlığını da anladıb.
Sessiya zamanı “Open Data”nın əsas prinsipləri, qlobal və yerli istifadə sahələri, Azərbaycanda "Open Data" layihələrinin inkişafı, eləcə də müxtəlif sahələrdə faydaları təhlil olunub. Həmçinin tələbələrin “Open Data” istifadəsi vasitəsilə gələcək innovativ layihələrə və startap ideyalarına yanaşma metodları izah edilib.
Tədbirdə mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi