Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “Microsoft office” proqramları üzrə ödənişsiz dərslərə start verilib. Bir ay müddətində davam edəcək dərslər universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “FZ Academy”-nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Layihənin məqsədi tələbələrin müvafiq proqramlar üzrə bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsidir.
Dərslər həftədə iki gün olmaqla, "FZ academy"-nin İnformatika müəllimi Əfsanə Bağırova tərəfindən tədris olunur. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
BMU THİK və “FZ Academy” əməkdaşlığı çərçivəsində hazırda universitetdə magistratura pilləsinə hazırlıq səviyyəsi üzrə keçirilən ödənişsiz dərslər də davam edir. Əməkdaşlığa uyğun olaraq, BMU-da magistr hazırlığı, ofis proqramları təlimi ilə yanaşı, xarici dillərdə danışıq dərsləri, brain-ring və digər layihələrin ödənişsiz şəkildə təşkili də planlaşdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi