BMU-da “TəhsilPlus” kartı ilə bağlı müzakirələr aparılıb

15 May 2025
BMU-da “TəhsilPlus” kartı ilə bağlı müzakirələr aparılıb

Bakı Mühəndislik Universitetində (BMU) pedaqoji heyətin iştirakı ilə “TəhsilPlus” kartı mövzusunda müzakirə formatında görüş təşkil edilib. Görüşdə təhsil işçiləri üçün müxtəlif güzəşt və imtiyazlar təqdim edən bu yeni layihə ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlcə BMU-nun rektoru Yaqub Piriyev Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən bir sıra uğurlu sosial və təhsil yönümlü layihələr barədə danışıb. Rektor tələbələrə yönəlmiş “TələbəPlus” kartının üstünlüklərini vurğulayıb və Fondun müəllimlər üçün planlaşdırdığı yeni layihəni-“TəhsilPlus” kartını müsbət qiymətləndirərək, onun təhsil işçilərinə faydalı olacağına inandığını bildirib.

Sonra Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək, dövlət-özəl tərəfdaşlığı çərçivəsində bugünədək həyata keçirilmiş layihə və proqramlar barədə geniş məlumat verib. O, bu görüşün əsas məqsədinin təhsil sahəsində çalışan şəxslərin ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək olduğunu qeyd edib. E.Nəsibov bu istiqamətdə aidiyyəti qurumlarla müzakirələrin davam etdirildiyini də diqqətə çatdırıb.

Görüş zamanı geniş müzakirələr aparılıb, müəllimlərin rəy və təklifləri dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər