Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı (DTKT) mərkəzi fakültə dekanları ilə “Təhsildə keyfiyyətin idarə edilməsi” mövzusunda təlim keçirib. Tədrisin keyfiyyətinin yüksəldilməsi hər universitet üçün prioritet bir məsələ olduğu üçün bu təlim sırf tədrislə əlaqəli strukturlara verilib.
Təlimin təşkil olunmasında məqsəd universitet daxilində e-universitetin, təhsil-tədris və idarəetmə keyfiyyətinin ISO standartlarına uyğunlaşdırılmasıdır. Kiçik qruplarla təşkil olunan təlimin əsas məqsədlərindən biri də qarşılıqlı şəkildə müzakirələr aparmaq və ortaq fikir formalaşdırmaq olub.
Təlimdə strategiya və burdan doğan fəaliyyətlər, həmçinin universitet üçün keyfiyyət məfhumunun nəyi ifadə etdiyi və müştəri məmnuniyyəti anlayışı haqqında da müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi