BMU-da təhsil alan əcnəbi tələbələr üçün maarifləndirici seminar keçirilib

13 Mart 2023
BMU-da təhsil alan əcnəbi tələbələr üçün maarifləndirici seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda maarifləndirici seminar təşkil edilib.

Seminarda tələbələrə təbii və texnogen mənşəli olmaqla iki qrupa ayrılan fövqəladə hadisələr barədə ətraflı məlumat verilib.

Belə ki, tələbələrə yanğın, zəlzələ, dəm qazı zəhərlənməsi və başqa bu kimi hallarda təhlükəsizlik qaydaları geniş izah edilib. Tədbirdə fövqəladə hadisələr zamanı istifadə məqsədi daşıyan hazırlıq çantasının önəmi xüsusi vurğulanıb və çantanın içərisində yer alması vacib olan zəruri ehtiyac vasitələrinin adları açıqlanıb. Həmçinin ilkin yardım zamanı yerinə yetirilməli olan təxirəsalınmaz tədbirlər diqqətə çatdırılıb. Yanğın balonundan istifadə və əleyhqazların geyinilməsi qaydaları ilə də tanış olan tələbələr onları praktiki şəkildə tətbiq ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər