Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı (DTKT) Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat və innovasiya akademiyası” artıq təlimlərə başlayıb.
“Sosial elmlərdə tədqiqatçılıq” başlığı altında keçiriləcək ilk proqram BMU-nun Dünya iqtisadiyyatı kafedrasının dəstəyi ilə icra olunur.
Proqram çərçivəsində birinci modulda əsas istiqamət kimi gənc kadrlar üçün “Tədqiqatın strukturu” mövzusunda təlimlər aparılır. Məlum olduğu kimi, aparılan elmi-tədqiqatlar elmi-tədqiqat strukturunu təşkil edən bir sıra mərhələlərdən keçir. Bu baxımdan elmi-tədqiqatın strukturu tədqiqatın xülasəsinin yazılması, tədqiqat probleminin qoyuluşu, tədqiqat probleminin mövcud siyasətdəki rolu, eləcə də tədqiqatın məqsədi və irəli sürdüyü fərziyyələr, o cümlədən onun nəzəri və praktiki töhfəsi kimi bir sıra məsələləri ehtiva edir.
İctimaiyyətlə əlaqələr şöbəsi