Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində “Şuşa ili”nə həsr olunan informasiya texnologiyaları (İT) üzrə bilik yarışının final mərhələsi keçirilib.
PAŞA Bankın dəstəyi ilə baş tutan yarış İT sahəsinə olan marağın, tələbələrin elmi-yaradıcı təşəbbüslərinin artırılması, onların sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi, istedadlı gənclərin elmi-yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması məqsədi daşıyır.
Final mərhələsində 24 komanda 5 saat ərzində 9 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll ediblər. Nəticələrin qiymətləndirməsi avtomatik kod qiymətləndirmə sistemi ilə aparılır.
Final mərhələsində iştirak edən bütün komandalar sertifikatla, ilk 3 yeri qazanan qalib komandalar isə diplom və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi