BMU-da Memarlıq və inşaat kafedrasının təşəbbüsü, Memarlıq və inşaat klubunun təşkilatçılığı və Qarabağ tarix klubunun tərəfdaşlığı ilə “Azərbaycan xalçalarının və qayaüstü rəsmlərinin açılmamış sirləri” adlı seminar keçirilib. Seminarda "Qızıl qələm" və Avropa Nəşr Mətbuat Evinin "Qızıl medal" mükafatçısı, AMEA-nın dissertantı Şakir Qabıssanlı tələbələrə xalçalarımızdakı naxış və ornamentlərin yeni prizmadan özünəməxsus izahını verib. O, həmçinin qayaüstü rəsmlərinin memarlıq və dizayn baxımından həm tarixi həm də müasir mövqeyi haqqında tələbələrə ətraflı məlumat verib. Sonda Memarlıq və inşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov seminarda maraqlı çıxışına görə tələbələr adından qonağa öz təşəkkürlərini bildirib.