Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə gerçəkləşdirilən silsilə tədbirlər çərçivəsində "Azərbaycanın milli musiqi mədəniyyəti" mövzusunda ustad dərsi, musiqili gecə keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə mədəniyyətimizin inkişafı istiqamətində atılan addımlardan bəhs olunub. Vurğulanıb ki, Azərbaycan musiqisi, kinosu, teatrı və incəsənətimizin digər sahələri Ulu Öndərin diqqət və qayğısı nəticəsində uğurlu inkişaf yolu keçməklə, dünya mədəniyyətləri arasında özünün layiqli yerini tutub.
Sonra tədbirdə Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə elmlər doktoru, professor, xalq artisti Abbasqulu Nəcəfzadə çıxış edib. Belə bir tədbirin tədbirin təşkilinə görə minnətdarlığını bildirən xalq artisti müəllifi olduğu kitablar haqda tələbələrə ətrafı məlumat verib.
Görüşdə xalq artistinin ifaçılıq, pedaqoji, melomanlıq fəaliyyətinə də toxunulub, onun 60-dan artıq melodiyanın müəllifi olduğu bildirilib və bununla bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra 44 günlük Vətən müharibəsi iştirakçısı, Azərbaycan Milli Konservatoriyasının məzunu Məbud Əhmədovun ifasında mahnı dinlənilib. Eyni zamanda A.Nəcəfzadənin rəhbərlik etdiyi “Günaydın” instrumental ansamblının müşayiəti ilə müxtəlif müğənnilərin ifasında musiqi nömrələri səsləndirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi