Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasında növbəti dissertasiya işinin müzakirəsi baş tutub.
Azərbaycan ədəbiyyatı (5716.01) ixtisasının doktorantı İnci Nağıyeva filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Füyuzat jurnalında Qərb ədəbiyyatı məsələləri” mövzusunda dissertasiya işini təqdim edib.
İclas iştirakçılarının sualları doktorant tərəfindən cavablandırıldıqdan sonra rəylər dinlənilib.
Sonda keçirilən səsvermənin nəticəsinə əsasən İ.Nağıyeva növbəti mərhələyə buraxılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi