BMU-da “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

17 Mart 2022
BMU-da “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib. Tədbirdə 2021/2022-ci tədris ilində universitetə qəbul olan Qazaxıstan, Anqola, Səudiyyə Ərəbistan, Nigeriya, Yəmən, Pakistan, Şri-Lanka, Sudan və digər ölkələrin vətəndaşları qatılıb.

Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Gül Azərbaycanın milli bayramı olan Novruz bayramının tarixi, adət-ənənələri və rəmzləri barədə əcnəbi tələbələrə ətraflı məlumat verib.

Kafedra müdiri Novruz bayramının 2009-cu ildə YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” kimi elan edildiyini diqqətə çatdırıb.

Ə.Gül BMU-da multikultural əhval-ruhiyyənin hökm sürdüyünü, ali təhsil ocağında müxtəlif xalqların nümayədələrinin təhsil aldığını və onlar üçün əlverişli şəraitin yaradıldığını fikirlərinə əlavə edib.

Sonra əcnəbi tələbələr aid olduğu xalqın milli bayramlarından bəhs ediblər. 

Bayram tədbirində xarici tələbələrə Novruz şirniyyatları təqdim olunub.

Tədbir xarici tələbələrin “Yallı” rəqsi ilə yekunlaşıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər