BMU-da koreyalı müəllimlərin iştirakı ilə 3 həftəlik “Yay məktəbi”nə start verilib

13 İyul 2022
BMU-da koreyalı müəllimlərin iştirakı ilə 3 həftəlik “Yay məktəbi”nə start verilib

Bakı Mühəndislik Universitetində (BMU) tədrisi İNHA Universitetinin 9 nəfər professor-müəllim heyəti tərəfindən aparılacaq 3 həftəlik “Yay məktəbi”nə start verilib.

BMU ilə İNHA arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində təşkil edilən “Yay məktəbi”ndə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə dərslər keçiriləcək.

Tədris müddətində koreyalı professor və müəllimlər (Jaehak Chung, Kwangsub Yoon, Paikkyun Shin, SangBang Choi, Jaehyun  Park, Changkyu Lee, Woosug Cho, Savar Abdullaev, Seungwoo Han) sözügedən ixtisaslar üzrə “İKT-ya giriş”, “Siqnallar və Sistemlər”, “Rəqəmsal dövriyyələr”, “Ətraf mühit mühəndisliyi və labaratoriya”, “Ilkin müşahidə və praktika”, “Yaradıcı düşüncə və problem həlli” fənlərini tədris edəcəklər.

Yay məktəbinin 29 iyul 2022-ci il tarixində başa çatması nəzərdə tutulur.

Qeyd edək ki, BMU ilə İNHA Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə 2020-ci ildən start verilib. Hazırda 2022/2023-cü tədris ili üzrə ikili diplom proqramına qəbul üçün onlayn qeydiyyat prosesi davam etməkdədir. Qeydiyyat prosesinin son tarixi 10 avqust 2022-ci il saat 23:55 müəyyən edilib.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər