Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin təşkilatçılığı ilə “Kimya maket günü” adı altında sərgi təşkil olunub. Sərgidə fakültənin Kimya-biologiya kafedrasının Kimya müəllimliyi ixtisası üzrə təhsil alan II və IV kurs tələbələrinin əl işləri nümayiş olunub.
Tələbələr keçdikləri qeyri-üzvi kimya və neft kimyası fənlərinə aid müxtəlif eksponatlar, o cümlədən soyutma qurğuları, neftin ətraf mühitə təsirinə aid maketlər (“Atom modeli”, “Süni vulkan reaksiyası”, "Kimyaçının şam yeməyi", “Neftin istehsalı” və s.) hazırlayıblar.
Maketlərin hazırlanmasında təkrar emal prinsipi əsas götürülərək, plastik və karton tipli tullantılardan istifadə edilib.
Sərgidə nümayiş olunan maketlər universitetin müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi