BMU-da Keyfiyyətin təminatı şöbəsinin iclası keçirilib

29 Mart 2022
BMU-da Keyfiyyətin təminatı şöbəsinin iclası keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin (DTKTM) Keyfiyyətin təminatı şöbəsinin iclası keçirilib.

Toplantıda BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov və komissiya üzvləri iştirak edib.  

Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova yeni hazırlanmış “Universitetdaxili ünsiyyət təlimatı”, “Sənədlərin təsdiqi mexanizmi”, “AZİMUS elektron məlumat sistemi”nin əsasnamə və təlimatları barədə məlumat verib.

İclasda komissiya üzvləri tərəfindən təklif edilən əlavə və düzəlişlərlə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, universitet əməkdaşlarının yeni hazırlanmış təlimatlarla tanışlığı məqsədilə silsilə təlimlərin keçirilməsinin zəruriliyi vurğulanıb.  

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər