Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin təşkilatçılığı ilə XX-XXI əsr alimlərinin fizikanın inkişaf dinamikasında roluna və müasir fizikanın tarixinə həsr olunan seminar keçirilib.
Tədbirdə adıçəkilən fakültənin Fizika kafedrasının müdiri, dos. Razim Bayramlı fizika sahəsində edilən kəşflər və həmin kəşflərin həyatımızın bütün sahələrinə nüfuzu barədə fikirlərini bölüşüb.
Sonra seminarın mövzusu ilə bağlı fizika müəllimliyi ixtisasının III kurs tələbələri təqdimatlarla çıxış ediblər. Tələbələr qruplar şəklində müasir fizika alimlərinin keçdikləri həyat yolu, həmçinin onların elmi araşdırmaları, mükafatları və həyatlarındakı ən maraqlı məqamları seminar iştirakcılarının diqqətinə çatdırıblar.
Sonda çıxış edənlər tələbələrin fizika tarixi barədə verdikləri geniş məlumatların əhəmiyyətini önə çəkərək, belə tədbirlərin onların inkişafındakı müsbət rolunu vurğulayıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi